Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


07.09.2018  14:26 

Rusiya və Azərbaycan yeni saziş hazırlayır





A+  A-

"Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafını ruh yüksəkliyi ilə izləyir".
XəzərNews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Rusiya Federasiyası subyektlərinin Azərbaycanla çoxplanlı əməkdaşlığı Azərbaycan hökumətinin Rusiya regionlarının hökumətləri ilə sazişləri əsasında inkişaf edir:

“Hazırda 17 bu cür saziş qüvvədədir və bir sıra yeniləri hazırlanır. Azərbaycanla regionlararası əlaqələrin səmərəliliyini aşağıdakı faktlar sübut edir: Bakıda Dağıstanın, Tatarıstanın nümayəndəlikləri, “Ural” Ticarət Evi” QSC, “Tatarıstan” ticarət evi, “Başqırdıstan Hava Yolları”, “Perm Hava Yolları”, “Pulkovo Hava Yolları”, “Samara Hava Yolları”, “Ural Hava Yolları” regional aviaşirkətlərinin, “AVTOVAZ”ın rəsmi dileri “Xəzər-Lada”nın, “Vostok Servis” şirkətlər qrupunun nümayəndəlikləri açılıb.

Azərbaycan sahibkarları Yessentuki şəhərində sanatoriya-kurort mərkəzinin, eləcə də Krasnodar diyarında ərzaq məhsulları istehsalı zavodunun tikintisinə investisiya yatırıb”.

M.Zaxarova əlavə edib ki, yeni layihələrin müzakirə olunduğu məkan hər il keçirilən Rusiya-Azərbaycan regionlararası forumudur və hazırda bu tədbirin sayca doqquzuncusu hazırlanır:

“Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafını ruh yüksəkliyi ilə izləyir. Potensial çox böyükdür. Bir çox şeylər reallaşdırılır, bir çox şeylərsə hazırlıq mərhələsindədir”.

Xəbər 2055 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +