İlham ƏIiyev Xuan Laportanı qəbul edib
Bu, Zelenskiyə qarşı pusqu idi... -Senator
Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək


06.09.2020  17:42 

Minskdə aksiyalar yenidən başlayıb





A+  A-

Belarusun paytaxtı Minskdə müxalifətçilərin növbəti etiraz aksiyası keçirilir.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, günorta saatlarından etibarən artıq bir neçə metro stansiyası bağlanıb, qatarlar dayanmadan keçirlər. Belə ki, “Ploşad Lenina”, “Oktyabrskaya”, “Kupalovskaya”, “Ploşad Pobedı”, “Ploşad Yakuba Kolasa” stansiyaları sərnişin qəbulunu dayandırıb.

Digər məlumata görə, bir neçə min etirazçı Qaliblər prospekti boyunca hərəkət edərək Prezident Aleksandr Lukaşenkonun iqamətgahının yerləşdiyi İstiqlal sarayına doğru irəliləyirlər. Polis onlara aksiyanın qanunsuz olması haqda xəbərdarlıq edərək İstiqlal sarayından uzaqlaşmalarını xahiş edib. Hələlik aksiyaçılardan saxlanılan yoxdur.

Bununla belə, prezidentin iqamətgahının qarşısında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən baryerlər qurulub.

Artıq Minskdə internetlə bağlı da problem yaranmağa başlayıb. Bəzi yerlərdə internet ümumiyyətlə yoxdur, bəzi yerlərdə isə zəif sürətlə işləyir.

Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.

Xəbər 1822 dəfə oxunub.




01.03.2025  12:53 

Publika.az 13 yaşında

28.02.2025  14:32 

Prezident Fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +