Devid Lammi Kiyevdə... - FOTO
İrəvan meriyasının əməkdaşları saxlanılıb
Soydaşlarımızın nəzərinə: Bu gündən…
Ukrayna Krasnodarda hərbi obyekti vurdu
Bu il neçə vətəndaşımız ipoteka ilə ev ala biləcək?
İş saatlarında dəyişiklik edilə bilər? -VİDEO
Tanınmış yazıçının meyiti tapıldı
3 hərbçimiz dəm qazından zəhərləndi
Jurnalist Şəmşad Ağa saxlanıldı
Ukraynaya qarşı döyüşən azərbaycanlı yaralandı


01.02.2025  17:36 

Bayraq cırıldı, aidiyyəti qurumlar isə... — VİDEO/FOTO





A+  A-

Bakının simvollarından biri olan Bayraq Meydanında Azərbaycanın üçrəngli dövlət bayrağı küləyin gücünə tab gətirməyərək cırılıb. Sözügedən vəziyyət sosial şəbəkələrdə viral olub.

Maraqlıdır ki, hadisənin saatlardır baş verməsinə baxmayaraq, məsul qurumlar hələ də heç bir tədbir görməyib. Bayrağın cırıq halda dalğalanması isə həm vizual olaraq xoşagəlməz mənzərə yaradır, həm də dövlət rəmzlərinə olan münasibət baxımından ciddi suallar doğurur.



Sosial şəbəkə istifadəçiləri isə məsuliyyətli orqanların – Bulvar İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumların biganəliyini tənqid edərək, bayrağın dərhal dəyişdirilməsini tələb edirlər.

Qeyd edək ki, Bayraq Meydanı Azərbaycanın müstəqillik simvollarından biri hesab olunur və burada dalğalanan bayraq dünyanın ən böyük bayraqlarından biridir. Belə bir vacib rəmzin bu vəziyyətdə saxlanılması məsuliyyətli qurumlar üçün utancverici hal kimi qiymətləndirilir.

Aidiyyəti orqanlardan məsələyə hələ ki reaksiya verilməyib. (Yenicag.az)

Xəbər 1305 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.02.2025  12:31 

Devid Lammi Kiyevdə... - FOTO

05.02.2025  11:27 

XİN məlumat yaydı

05.02.2025  11:10 

Ruslar Xarkovun iki kəndini vurdu

05.02.2025  10:36 

Bu agentlikdə iki yeni TƏYİNAT

05.02.2025  10:23 

FHN-dən əhaliyə müraciət


BÜTÜN XƏBƏRLƏR +