Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


05.12.2019  14:48 

Sabah Azərbaycanda 650 min ağac əkiləcək





A+  A-

Sabah ölkə üzrə 650 min ağac əkiləcək. Artıq ağac əkiləcək bütün ərazilərdə torpaq hazırlıq işləri başa çatıb, çalalar qazılıb, əkiləcək ağac tingləri ərazilərə gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova XəzərNews.az-a bildirib ki, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edəcək:

“Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək”.

Nazirliyin sözçüsü qeyd edib ki, 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək:

“İnanırıq ki, bu aksiya ilə insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsası qoyulacaq”.

Xəbər 1578 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +