Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


27.02.2018  12:56 

Azərbaycanda dini təbliğatla bağlı cəzalar SƏRTLƏŞDİRİLİR





A+  A-

Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozanlar cinayət məsuliyyətinə cəlb ediləcək.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 168-1 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsinin 1-ci və 2-ci bəndlərində dəyişiklik təklif edilir.

Belə ki, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən "Dini etiqad azadlığı haqqında" qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılmasına görə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması na görə 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sənəddə bildirilib ki, ötən il "Dini etiqad azadlığı haqqında" qanunda edilən dəyişiklikliyə əsasən, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Habelə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. Qanunun müvafiq maddələrinin pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması təklif edilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin martın 6-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Xəbər 1593 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +