Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


07.04.2025  09:27 

Milyonluq tenderləri sabiq nazir və başçının övladları uddu





A+  A-

İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti növbəti iri məbləğli müqavilə imzalayıb.

XəzərNews.az Valyuta.Az-a istinadla xəbər verir ki, DVX-nin bu dəfə müqavilə imzaladığı şirkət "Cybernet" MMC olub.

2025-ci il üzrə AVİS2 6-cı mərhələsi (reliz 6) üzrə yeni platforma bazasında altsistemlər və modulların funksional bölmələrin analizi, proqramlaşdırılması və istifadəçilər üçün təlimat hazırlanması ilə bağlı imzalanan müqavilənin dəyəri 4,3 milyon manat olub.

Şirkət təkcə 2025-ci ildə DVX-dən 13 milyon 992 min 974 manat dəyərində sifariş qəbul edib.

Qeyd edək ki, bu, tərəflər arasında imzalanan ilk çoxmilyonluq müqavilə deyil.

Dövlət satınalmaların vahid internet portalındakı məlumatlara əsasən, 2019-cu ildən bəri tərəflər arasında 2.3 milyonluq, 7.3 milyonluq, 7.2 milyonluq, 2.4 mlyonluq, 6.8 milyonluq, 1.8 milyonluq, 5.6 milyonluq, 8.9 milyonluq, 6.1 milyonluq, 4.1 milyonluq, 6.5 milyonluq və başqa müqavilələr imzalanıb.

Bunlardan əlavə tərəflər arasında dəyəri milyon manatdan az olan bir neçə müqavilə də imzalanıb.

Həmçinin şirkət, İqtisadiyyat Nazirliyinin tabeliyindəki başqa qurumların da bir neçə milyonluq tenderlərinin qalibi olub.

Qeyd edək ki, 2004-cü ildə yaradılan MMC, 10 000 manat nimzanamə kapitalına sahibdir və qanuni təmsilçisi Əmirov Emil Etibar oğludur.

Şirkət dövlət qeydiyyatına alınan zaman hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev. 102 ünvanı olub.

Araşdırmalarımız zamanı məlum olub ki, eyni ünvanda 4 ay sonra başqa bir şirkət də dövlət qeydiyyatına alınıb - “AtaTexnologiya” MMC.

Qeyd edək ki, “AtaTexnologiya” MMC də 2004-cü ildə yaradılıb. Bu şirkət də Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin bir neçə tenderlərində qalib seçilib. AtaTexnologiya" MMC Fazil Məmmədova məxsus olan "Ata Holdinq" MMC tərəfindən yaradılıb.

"Cybernet" MMC-nin adına "Snergy Group"a daxil olan şirkətlərin siyahısında rast gəlinir.

Onu da əlavə edək ki, "Snergy Group" MMC 50 milyon manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğlu və sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərovdu.

Araşdırmalarımız zamanı məlum olub ki, Dövlət Vergi Xidmətinin milyonluq müqavilələr bağladığı şirkətlərdən biri də “Caspel” MMC-dir. MMC 2019-cu ildən bəri Dövlət Vergi Xidməti ilə 12 ədəd milyonluq müqavilə imzalayıb. (3.418.607 mln, 1.139.215 mln, 2.754.139 mln, 12.863.835 mln, 1.482.800 mln, 1.052.350 mln, 1.118.923 mln, 1.021.384 mln, 2.369.960 mln, 2.657.985 mln, 1.697.312 mln, 2.687.639 mln - ilk ikisi Vergilər Nazirliyi ilə)

Bundan əlavə də digər qurumların milyonluq tenderlərində qalib seçilib.

Qeyd edək ki, "Caspel" MMC 1 146 020 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi, Fazil Məmmədovun kürəkəninin qardaşı Ceyhun Məhi oğlu Quliyevdir. Bu baxımdan, zaman-zaman şirkətin Fazil Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar indiyə qədər təkzib edilməyib.



Xəbər 560 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +