Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


10.05.2019  14:36 

Evlənmək istəyənlərin 24 nəfərində HİV aşkarlandı





A+  A-

2019-cu ilin aprel ayında nikaha daxil olmaq istəyən 12123 nəfər qan müayinəsinə cəlb olunub.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Z.Əlimirzəyeva qeyd edib ki, 290 cütlükdən birində talassemiya daşıyıcılığı aşkarlanıb. Daha 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı qeydə alınıb:

“Həmçinin 24 nəfərdə HİV, 31 nəfərdə sifilis qeydə alınıb”.

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 542038 nəfərdə qan müayinəsi aparılıb:

“19253 cütlükdən birində talassemiya daşıyıcılığı, 1204 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1777 nəfərdə sifilis, 496 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

Xəbər 1493 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +