FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


14.03.2023  11:14 

Naxçıvanda ətin qiyməti kəskin bahalaşıb





A+  A-

Naxçıvanda ətin qiyməti son günlər kəskin bahalaşıb. Buna səbəbin muxtar respublikadan ət ixracına qoyulan qadağanın aradan qaldırılması olduğu bildirilir.

XəzərNews.az xəbər verir ki, yerli sakinlərin “Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, mal ətinin qiyməti 9 manatdan 14 manata, quzu əti isə, 13 manatdan 18-ə qaldırılıb.

Şərur rayon sakini Zaur Nəsirov deyib ki, Naxçıvanda ətin qiyməti Bakıya nisbətən həmişə ucuz olub. Lakin, sonuncu dəfə ət almağa gedəndə, gözlərinə inanmayıb:

“Indiyə kimi bu cür qiymət artımı olmamışdı. Əvvəl qalxanda 1-2 manat qalxırdı. Naxçıvanda həmişə ət 3-4 manat ucuz olub. İndi isə, bir neçə günün içində haradasa Bakı ilə eyni olub. Son zamanlara qədər bazarda ən yaxşı mal əti 10,11 manat idi. Topdan daha da ucuz ala bilirdik. Yas yerimiz var idi, topdan həmişə aldığım yerdən ət almağa getdim. Əvvəllər topdan 8 manata aldığım dana ətini 13 manata dedilər. Pərakəndə qiymət isə 14 manat olub. Pərakəndə satılan yaxşı quzu ətinin qiyməti 18 manatdır“.

Naxçıvanda on ildən artıqdır ki, qəssab işlədiyini deyən Rizvan Tağıyev bildirir ki, ətin qalxmasında onların heç bir günahı yoxdur:

“Əvvəllər Naxçıvandan ət və bir sıra məhsulların çıxarılmasına qadağa qoyulmuşdu. Buna görə də, qiymətlər Bakıdan fərqli olaraq sabit qalırdı. Yeni hakimiyyət qurulandan, bu qadağa götürülüb. Bakıda da ətin qiyməti baha olduğu üçün bəzi alverçilər buradan kütləvi şəkildə bizim aldığımızdan baha qiymətə sahibkarlardan ət alır, Bakıya göndərirlər. Bu səbəbdən də qıtlıq yaranır. Sahibkarlar bizə deyil, əti baha qiymətə o işbazlara satırdılar. Ona görə də, biz də onlardan baha qiymətə almalı olduq. Bu isə qiymət qalxımına səbəb oldu”.

Xəbər 1279 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +