FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


11.02.2017  15:04 

Qazı olmayan köçkünlərin taleyi necə olacaq? - Rəsmi açıqlama





A+  A-

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 1-dən etibarən məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilməsilə bağlı fərman imzalayıb. Məsələ burasındadır ki, qazlaşdırılmayan ərazilərdə məskunlaşan məcburi köçkünlər üçün müəyyən dərəcədə problem yaranıb. Belə ki, ərazidə qazlaşdırılma aparılmadığından vətəndaşlar yalnız elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalırlar ki, bu da kommunal xidmət ödənişlərinin artımına səbəb olur.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a ölkə başçısının fərmanından irəli gələn məsələlərin planlı şəkildə icra olunmağa başladığını bildirib:

“Ümumilikdə 11 rayon üzrə sayğac quraşdırılması işləri gedir. Bu günə qədər 530 mənzildə sayğac quraşdırılıb, qalanlarının da mərhələli şəkildə quraşdırılması təmin ediləcək”.

“Azəriqaz” rəsmisi qeyd edib ki, gələcəkdə qazlaşdırılmayan ərazilərin mavi yanacaqla təmin olunması nəzərdə tutulub:

“Bildiyiniz kimi, aylıq müavinətlər təyin olunana qədər məcburi köçkünlərə qış aylarında 45 kubmetr, yaz-payız aylarında 35 kubmetr qaz limiti hesablanırdı. Artıq vahid aylıq müavinət ayrılıb. Vətəndaşlarımız istifadə etdikləri kommunal xidmət haqlarını özləri ödəyəcək. Bunun üçün “Azəriqaz” İstehsalat Birliyi fərmandan irəli gələn bütün məsələlərin vaxtında icra olunması üçün işlərə başlayıb.

Məcburi köçkünlərin yaşadıqları düşərgələrdə hər bir mənzilə fərqi qaydada qaz sayğacının quraşdırılması həyata keçirilir. Əvvəl kompakt şəkildə-bir sayğacdan bir neçə mənzildə istifadə edilir və limit onlar arasında bölünürdüsə, indi hər mənzilə fərdi qaydada sayğacın quraşdırılması təmin edilir. Gələcəkdə plana uyğun olaraq da qaz olmayan ərazilərin qazlaşdırılması tərəfimizdən təmin ediləcək”.



Xəbər 1906 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +