Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi


24.06.2023  09:23 

Rusiyada “Vaqner” QİYAMI... - Putin devrilir?





A+  A-

“Rostova daxil oluruq. Qarşımıza çıxan hər şeyi məhv edəcəyik”.

Rusiya KİV-in məlumatına görə, bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, sərhədçilər “Vaqnerçi”lərə müqavimət göstərməyib: “25 minlik ordu ilə Moskvaya doğru hərəkət edirik. Onlar bizi qarşılayıb, qucaqladılar. Sona qədər gedirik. Biz uşaq qatili deyilik. Uşaq qatili Şoyqudur(Rusiyanın müdafiə naziri Sergey Şoyqu – Qeyd ). O, 18 yaşlı uşaqları döyüş meydanına atır”.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı vurğulayıb ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov təyyarələri havaya qaldırmaq və mülki əhali arasında hərəkət edən kolona atəş açmaq əmrini verib: "Pilotlar əmrə tabe olmaqdan imtina ediblər. Onlar üçün mülki vətəndaşları öldürmək heçnədir".

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

***

Rusiya MN "Vaqner" silahlı qrupunun rəhbəri Priqojinin iddialarını təkzib edib.

İTV-nin Moskva müxbiri xəbər verir ki, "Vaqner"in rəhbəri - iş adamı Yevgeni Priqojin Müdafiə Nazirliyini silahlı qurupun düşərgələrinə zərbə endirməkdə günahlandırıb. O, bunun qisasını alacağına söz verib.

Priqojin iddia edir ki, Rusiya Müdafiə Nazirliyi onun muzdlu düşərgələrinə raket hücumu həyata keçirib.

Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatına cavab verib.

Bildirilib ki, Priqojin adından sosial şəbəkələrdə Rusiya Müdafiə Nazirliyinin "Vaqner" özəl hərbi şirkətinin arxa cəbhədəki düşərgələrinə guya zərbə endirməsi ilə bağlı yayılan məlumatlar və videogörüntülər həqiqətə uyğun deyil və təxribatdır.
***

FTX "Vaqner" döyüşçülərini Priqojinin cinayət əmrlərinə tabe olmamağa və onun tutulması üçün tədbirlər görməyə çağırıb.

***

Rusiya MN: Ukrayna Priqojinin təxribatından istifadə edib Baxmut istiqamətində qoşun cəmləşdirir

***

Rostovda “Vaqner”lə ordu arasında ilk toqquşma: Rusiya helikopteri vurulub.

***

Rostovun qubernatoru vətəndaşları evlərini tərk etməməyə çağırıb


***

"Vaqner" üzvləri adi hərbçilərdən seçilməmək üçün üzərlərindəki qruplaşmaya aid bütün nişanları çıxarıblar

***

Vaqnerçilər Rostovdadır...

***

Moskva meri Sergey Sobyanin bildirib ki, Moskvada "təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün antiterror tədbirləri həyata keçirilir".

***

Qeyd olunur ki, Moskvada yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılıb.

Yevgeni Priqojin yeni mesajında bildirib ki, Vaqnerçilərin məqsədləri var və 25 min əsgərin hamısı Vətənləri üçün ölməyə hazırdır.

Onun sözlərinə görə, onlara hücum etməyi hədəfləyən helikopteri məhv edib, özləri isə itki verməyiblər.

Priqojinin yeni mesajı: Döyüşlər [Rusiya Federasiyasının] hərbi rəhbərliyin döyüşçülərə yalan məlumat verdiyi yerlərdə gedir. Əsgərlər bizi, Milli Qvardiyanı, polisi qarşılayan yerdə əllərini yelləyir, çoxları bizimlə gəlmək istədiklərini deyirlər. Hələ çox yol qət etməmişik, amma artıq 60-70 nəfər bizə qoşulub. Düşünürəm ki, ordunun yarısı bizimlə getməyə hazırdır.


Xəbər 1536 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +