Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi


04.05.2018  14:26 

“Hansınız 52 manatla dolana bilərsiz” - Deputat müraciət etdi





A+  A-

Parlamentdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsin sədri Hadı Rəcəbli qeyd edib ki, birinci oxunuşdan sonra qanun layihəsinə xeyli dəyişikliklər edilib: “ Mən ikinci oxunuşda deputatları müzakirədə fəal olmağa çağırıram”.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, 2014-2018-ci illər əllilərin sosial müdafiəsi ilə bağlı proqramda göstərilib ki, 2018- ci ilin sonuna qədər 5731 şəxs mənzillə təmin olunmalıdır: “ İndi bizə nazir müavini Natiq Məmmədov məlumat versin ki, ilin bitməsinə 7 ay qalıb. Neçə nəfər əlil mənzillə təmin olunub? Halbuki 5731 nəfərin hamısı mənzillə təmin olunmalıdır. Onu da qeyd edim ki, ölkədə ümumlikdə 620 min əlil var. Onların da 72 mini 18 yaşına qədər olan yeniyetmələrdir”.

Deputat Musa Quliyev vətəndaşın əllilliklə bağlı verilən qərardan şikayət edə bilməməsi məsələsinə toxunub: “Elə şərait yaradılmalıdır ki, vətəndaşa birinci dəfə əlillik verilmirsə, onlara ikinci dəfə müraciət etmək hüququ verilməlidir. Təkrar müraciət hüququ üçün əlillərə imkan yaradılmalıdır. Həm də xəstəni görmədən əlillik təyin edilməsi məsələsi yanlışdır”.

Deputat Qənirə Paşayeva da əlillərin təkrar müraciət etmək hüququ probleminə toxunub.

Deputat Araz Əlizadə bildirib ki, qanunun əsas mahiyyəti əlillərə layiqli həyat verməkdir: “Deputat həmkarlarımdan soruşuram ki,hansınız 52 manatla dolana bilərsiz? Yəqin ki, heç biriniz. Ona görə bu qanun lirikadır. Əsas məsələ əlillərin müavinətlərinin artırılması olmalıdır”.

***

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deputatların qaldırdığı məsələyə münasibət bildirib. O bildirib ki, ilk növbədə prezindentin sərəncamına əsasən ölkənin ərazi bütövlüyü uğrunda əlil olan şəxslər evlə təmin edilib: “ 2014-2018- ci illər dövlət proqramında bütün kateqoriya əlillərə bu şamil edilməyib. Düşünürəm ki, bu proqram daha 4 il artırılmalıdır ki, bütün kateqoriyaladan olan əlilləri əhatə edə bilsin. Hər il 350-400 nəfər Qarabağ əlilləri üçün fərdi ev tikintisi aparılır”.

Nazir müavini əlilliyin qiymətləndirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu məsələdə narazı olanların fikirləri ilə razıdır: “Mən də ixtisasca həkiməm. Ona görə də həkim kimi razılaşa bilmrəm. Xəstəni görmədən ona əlillik təyin etmək düzgün deyil. Bu o zaman düzgün olardı ki, Səhiyyə Nazirliyinin bununla bağlı elektron portalı tərtib ediləcək, o zaman məsələ bütün xəstələr haqqında məlumatlar orada qeyd olunacaq.

Əlilliyin hazırkı formada qiymətləndirilməsinin isə bir neçə müsbət cəhəti var. İndi artıq kağız daşıyıcları yoxdur, vətəndaş-məmur münasibətləri sıfıra endirilib. Demək olar ki, korrupsiya yoxdur”.

Xəbər 2160 dəfə oxunub.




12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +