Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


14.03.2021  11:37 

Şəhriyarla Teymurdan uğurlu start





A+  A-

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin birinci yarış günündə 5 turun oyunları keçirilib.
XəzərNews.az xəbər verir ki, turnirin ilk gününün oyunlarında hər iki şahmatçımız uğurla çıxış edib. Belə ki, startda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Şəhriyar Məmmədyarov növbəti iki oyunda rusiyalı Daniil Dubov və amerikalı Hikaru Nakamura ilə heç-heçə edib. Dördüncü turda niderlandlı Yorden Van Forest üzərində qələbə qazanan şahmatçımız, yalnız sonuncu oyunda - fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşmada məğlub olub.

Digər təmsilçimiz Teymur Rəcəbov isə ilk dörd turda Niderland təmsilçisi Aniş Giri, argentinalı Alan Piçot, amerikalı Uesli So, ermənistanlı Levon Aronyanla qarşılaşmalarını heç-heçə başa vurub. Şahmatçımız son oyunda rusiyalı Daniil Dubovu məğlub edib.

Yekun nəticələrə görə, 5 turdan 3 xal toplayan şahmatçılarımız 4-8-ci yerləri bölüşürlər. Turnir cədvəlinə 4 xalla Aniş Giri rəhbərlik edir.

Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparır.

Xəbər 1577 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +