Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


09.01.2020  11:32 

Millimiz Bolqarıstana qarşı





A+  A-

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün növbəti oyununa çıxacaq.
XəzərNews.az xəbər verir ki, A qrupunda qərarlaşan Vasif Talıbovun yetirmələri ikinci sınağını Bolqarıstanla görüşdə verəcək.

Bu, rəqibin qrupda son oyunu olacaq. Bolqarıstan ilk turda Polşaya 1:3, II turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.

Azərbaycan millisi isə hələlik bir matça çıxıb. Komandamız ilk turda Niderlandla qarşılaşma 0:3 hesablı məğlubiyyətə düçar olub. Millimiz növbəti mərhələ şansını böyük ölçüdə itirən bolqarlar üzərində qələbə qazanmaqla yarımfinala vəsiqə iddiasını davam etdirə bilər.

Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

Avropa Təsnifat Turniri
A qrupu
9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan
Apeldorn (Hollandiya), "Omnisport" salonu

Xəbər 1727 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +