Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


10.01.2018  15:17 

AFFA azərbaycanlı oyunçuya sərt cəza verdi





A+  A-

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda Qızlar Liqasının “Fidan” FK – “Gənclik” matçında komandalar yaş limitini pozduğuna görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasının “Gömrükçü” FK – “Sumqayıt“ FK matçında isə qonaq komanda yaş limitini pozduğuna görə klub 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
Ən diqqətçəkən qərar isə futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fans” – ADBTİA matçı ilə bağlı olub. Dekabrın 27-də keçirilmiş oyunun 20-ci dəqiqəsində “Baku Fans” klubunun futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq İntizam Komitəsi oyunçunu iki il müddətinə futboldan kənarlaşdırıb.

Qeyd edək ki, oyun sonadək oynanılmadığına görə “Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib.

Xəbər 1662 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +