Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


13.04.2017  14:42 

“Borussiya” UEFA-ya etiraz etdi - “Heyvan deyilik”





A+  A-

“Borussiya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Monako”ya 2:3 hesablı uduzduqları matçdan sonra açıqlama verib.
XəzərNews.az xəbər verir ki, matç aprelin 11-də keçirilməli olsa da, oyundan bir qədər öncə Dortmund klubunun avtobusunun yaxınlığında partlayış meydana gəlməsi səbəbindən bir gün sonraya salınmışdı. Tuxel oyunsonrası mətbuat konfransında matçın belə tez keçirilməsinin düzgün olmadığını deyib:

“Hadisənin təsirindən çıxmaq üçün daha çox vaxt istədik. Ancaq bizi oynamağa məcbur etdilər. Hadisənin təsirindən çıxmaq üçün daha çox vaxta ehtiyacımız var idi. Lakin UEFA-dan yazılı kağız gəldi və bu gün oynamalı olduğumuz qeyd edildi. Bu xəbəri eşidəndə, özümü çox bərbad hiss etdim. Hər oyunçuyla danışdım və oynamaq istəyənlərin meydana çıxa biləcəyini dedim. Qorxurdular bəlkə, lakin hamı oynamaq istədiyini dedi. Bu hadisənin tez yaddan çıxacağını düşünmürəm. Gələn oyunadək nələr olacağını bilmirəm. Özümüzə gəlməyimiz çətin olacaq, ancaq oyunçular əllərindən gələni etdilər”.

Komandanın müdafiəçisi Sokratis Papastopulos da UEFA-ya etirazını bildirib:

“UEFA bizim heyvan olmadığımızı anlamalı idi. Ailələri olan insanlarıq, heyvan deyilik. Baş verən bu hadisədən sonra həyatda olduğum üçün xoşbəxtəm”.

Türkiyə millisinin üzvü olan Nuri Şahin də UEFA-nın qərarına etiraz bildirib:

“Çox pul qazanırıq, xüsusi bir həyat keçiririk, amma biz də insanıq. Dünyada futboldan vacib çox şeylər var. Bunu artıq anladıq. Meydana çıxana qədər futbol düşünmədim. Hadisə günü evə gedəndə xanımım və uşaqlarım qapıda məni qarşıladılar. Həmin an nə qədər şanslı bir insan olduğumu anladım. Avtobustakı həyəcanı heç vaxt unutmayacam. İnanılmaz idi...”

Xəbər 1999 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +