Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


11.02.2017  15:02 

“Mənə inandıqlarını söylədilər” - Ramil Şeydayev





A+  A-

 

Slovakiyanın "Jilina" klubunun baş məşqçisi Adrian Qulya komandasının yeni transferi Ramil Şeydayev haqda fikir bildiirb. 

XəzərNews.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında Türkiyənin "Trabzonspor" klubunundan icarəyə götürdükləri millimizin üzvü ilə bir müddətdi danışıq apardıqlarını deyib:

"Bildiyiniz kimi, Ramil "Trabzsonspor"da oyun təcrübəsindən əziyyət çəkirdi, kifayət qədər oynamırdı. Buna baxmayaraq, bir neçə klubun diqqətini öz üzərinə cəlb etmişdi. Bizimlə yanaşı bəzi klublar da onu heyətində görmək istəyirdilər. Gənc, istedadlı futbolçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza cəlb etdik. Şeydayevin keçidini həll etdiyimizə görə çox şadam. Ondan gözlədiyimizi alacağımıza inanıram".

Ramil Şeydayev də “Jilina”nı seçdiyinə görə xoşbəxt olduğunu deyib: “Jilina”ya keçdiyim üçün özümü xoşbəxt hiss edirəm. Düşünürəm ki, yaxşı seçim etmişəm. Bu, daim olaraq oynamaq və öz komandama xeyir vermək üçün bir fürsətdir. “Trabzonspor”un heyətindəki slovakiyalı futbolçular – Matuş Bero və Yan Düristlə “Jilina” haqda söhbət etmişəm. Onlar “Jilina”nın böyük klub olduğunu bildirdilər və mənə inandıqlarını söylədilər. Fikrimcə, yeni klubumda müntəzəm şans qazana biləcəm. Ümid edirəm ki, çempionatı hazırda olduğumuz pillədə bitirib, avrokuboklarda kifayət qədər irəliləyəcəyik. Hazırda özümü çox yaxşı hiss edirəm və “Jilina”nın heyətində debütümü səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, "Trabzonspor"un heyətində keçiridiyi 3 rəsmi oyunda 1 qol vuran Şeydayev "Jilina" ilə 1,5 illik müqavilə imzalayıb.

 



Xəbər 1871 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +