Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama


09.01.2023  14:16 

Fransa Milli Assambleyasının sədri Ermənistana gedir





A+  A-

Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivet bu həftə Ermənistana səfər edəcək.

XəzərNews.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin sədri özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Milad bayramlarının keçirildiyi bu günlərdə fikirlərim bütün ermənilərə ünvanlanıb, onlara ümid və sülh arzularımı göndərirəm. Fransa Milli Assambleyasının dəstəyini təsdiqləmək üçün gələn həftə Ermənistana gələcəyəm”, – deyə Yael Bron-Pivet yazıb.

Nümayəndə heyətinə sosialist partiyası fraksiyasının lideri Valeri Rabo, Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri Jan-Lui Burlanj, Fransa-Ermənistan dostluq qrupu Lorens Petel, Fransa Milli Assambleyasının deputatı Anna Genet daxildir.

Xatırladaq ki, 2022-ci ilin sonlarında Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qərar qəbul etmişdi.

XəzərNews.az

Xəbər 1067 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +