Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama


27.03.2018  20:31 

BMT-də mühüm qətnamə qəbul edilib





A+  A-

BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 37-ci sessiyası çərçivəsində Azərbaycanın, Braziliya, Çili, Danimarka, Ekvador, Fici, Kanada, Lüksemburq, Portuqaliya, Ruanda, Syerra Leon, Tayland və Uruqvay ilə birgə irəli sürdüyü daha bir sənəd - “İnsan hüquqlarının təşviqi və müdafiəsi və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi” adlı qətnamə şuranın üzvləri tərəfindən yekdilliklə qəbul edildi.
Bu barədə XəzərNews.az-a XİN-dən məlumat verilib.

Nazirlikdən bildirilib ki, qətnaməyə 69 ölkə həmmüəllif qismində qoşulub.
Qətnamənin əsas məqsədi insan hüquqlarının təşviqi və müdafiəsi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi arasında mövcud olan qarşılıqlı əlaqələrin vurğulanması və BMT-nin üzv ölkələrinin bu sahədə əldə etdikləri müsbət təcrübələrini bölüşmələri üçün müvafiq platformanın yaradılmasıdır.

Bu xüsusda, qətnaməyə əsasən 2018 və 2019-cu illərdə Cenevrədə BMT-nin üzv ölkələrinin illik görüşlərin təşkil edilməsi nəzərdə tutulur. Sözügedən görüşlərin nəticələri barədə Cenevrədə yerləşən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanacaq hesabatların İnsan Hüquqları Şurasına və Nyu-Yorkda hər il keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilməsi nəzərdə tutulur.

"BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın və yuxarıda adları sadalanan ölkələrin birgə səyləri nəticəsində qeyd edilən qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, eləcə də milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə zəngin təcrübəyə malik olan ölkə kimi qəbul edilməsinin əyani göstəricisidir", -deyə XİN-dən bildiriblər.

Xəbər 1798 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +