Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


29.08.2024  13:03 

“Qurban Qurbanovun 1835 manatlıq köynəyi “Qarabağ”a düşmədi...”





A+  A-

“Qarabağ” bu dəfə tərəfdarlarının ümidlərini doğrultmadı. Gözlədiyimiz möcüzə baş vermədi. Qurban Qurbanovun komandası doğma divarlar arasında Zaqrebin “Dinamo” klubuna 2:0 hesabı ilə məğlub oldu.

Futbol proqnozu sevmir. Ağlım kəsəndən eşitmişəm ki, top yumrudu, ona güvənmək olmaz. Bütün idman növləri belədir; birinin udması üçün digəri uduzmalıdır. “Qarabağ” bu dəfə uduzdu. Üstəlik, iki oyunda qapısından üst-üstə 5 qol buraxdı. Amma faciə baş vermədi. Təkcə "Ludoqorets" ilə son oyunda rəqib qapısından 7 qol keçirmişdi. Qarşıda bizi daha çətin və maraqlı oyunlar gözləyir. Əminəm ki, Ağdam təmsilçisi Avroliqada böyük uğurlara imza atacaq. Azca səbr etmək lazımdır.

Amma azarkeşlər səbr etmirlər. Dünən gecədən bəri “Qarabağ”ın və onun baş məşqçisinin ünvanına çoxsaylı tənqidlər səsləndirilir. Jurnalistlər də “xor”a qoşulub. Hətta bəzi həmkarlarımız bir qədər irəli gedərək Qurban Qurbanovun dünən axşam geyindiyi köynəyi müzakirəyə çıxarıblar. Məlum olub ki, “Qarabağ”ın baş məşqçisinin geyimi məhşur “Givenchy” brendindəndir. Bir köynəyin qiymətin nə az, nə çox 1835 manatdır. Azarkeşlər iddia edirlər ki, Qurban müəllimin 1835 manatlıq köynəyi “Qarabağ”a düşmədi... onlayn aptek

Qurban Qurbanov nəinki 1835, hətta 3835 manatlıq da köynək geyinə bilər. Çünki Azərbaycanda ən çox məvacib alan idman adamıdır. Bunu özü də gizlətmir. Sağlığına qismət, ayda 100 min manat maaş alır. Qazandığı pulun vergisini verir, hətta inanclı adam olduğuna görə zəkat da verir…

Məncə, Qurban Qurbanovun köynəyini deyil, dünənki oyunu müzakirə etmək daha maraqlı olardı. Komandada ciddi çatışmazlıqlar var - bunu dünən özü də etiraf etdi. Başı çıxan adamların həmin nöqsanları dilə gətirməsi və çıxış yolu göstərməsi daha faydalı olardı. Amma biz işimizi-gücümüzü atıb Qurbanovun bahalı köynəyini müzakirə edirik.

Demirəm, müzakirə etməyək. Danışaq, dartışaq, lap dalaşaq, amma barışmağa üz yeri qoyaq. Yəni, çox dərinə getməyək. “Qarabağ” sabah “Olimpiakos”u, “Malmö”nü, “Atletik”i darmadağın edəndə yenə hamımız bir ağızdan deyəcəyik: “Qurban, sənə canım qurban…”

Seymur VERDİZADƏ

Xəbər 6919 dəfə oxunub.



29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +