Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.03.2021  09:32 

Daxili İşlər Nazirliyi Dini Komitəni cərimələdi





A+  A-

Dini Qurumlara İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi tərəfindən cərimələnib.
XəzərNews.az xəbər verir ki, Komitəyə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsizlik şəhər kamerası ilə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı Dini Komitəyə rəsmi sorğu göndərib.

Lakin Komitə polisin bu sorğusuna cavab verməyib. Buna görə də polis tərəfindən DQİDK barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib.

Protokolla bağlı qərar verilməsi üçün Səbail rayon məhkəməsinə müraciət edilib. İşə aprelin 8-də baxılacaq.

Xəbər 1487 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +