Ermənilər atəşkəsi pozub
Adil Əliyevin məhkəməyə verdiyi qazini polis saxlayıb
Bakıda piyadanı maşın vurub
Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi


04.07.2022  17:00 

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu





A+  A-

“Nar” KSM istiqamətində gördüyü işləri yeni mərhələyə qaldıraraq dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşuldu.

“Nar”ın icraçı direktoru Qunnar Pankenin bildirdiyinə görə, BMT-nin Qlobal Sazişində iştirak etməklə “Nar” sosial, iqtisadiyyat və insan rifahı üzrə korporativ məsuliyyətini daha da sistemləşdirməyi hədəfləyir. “Uzun illərdir ki, davamlı inkişaf və məsuliyyət prinsipini rəhbər tutan bir şirkət olaraq BMT Qlobal Sazişinin bir hissəsi olmaqdan qürur duyuruq. Cəmiyyətə faydalı olmaq üçün etdiyimiz KSM layihələr ilə daha yaxşı gələcəyə öncüllük edəcəyimizə inanırıq. Bu sazişə qoşulmağımız da yolumuza sadiqliyin nümunəsidir”, - deyə o qeyd edib.

“Azərbaycan cəmiyyəti getdikcə qlobal davamlılığa ümumi prioritet kimi yanaşır və bu yanaşma cəmiyyətin bütün kəsimlərini - fərdi, ailə, dövlət və müxtəlif ölçülü biznesləri və sənaye müəssisələrini əhatə edir. "Azerfon" şirkətinin BMT-nin Qlobal Sazişi üzrə öhdəlikləri buna əyani sübutdur. Bunlar hələ qarşıda duran mühüm hədəflər olduğundan, mən əminəm ki, “Nar”, onun rəhbərliyi və bütün şirkət əməkdaşları Azərbaycanda korporativ davamlılığın nümunəvi şəkildə formalaşması və təşviqində aparıcı mövqe tutacaq”, - deyə BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.

BMT Qlobal Sazişinin 10 prinsipini KSM strategiyasına, əmək siyasətinə və müxtəlif prosedurlarına tətbiq etməklə bu sazişə qoşulan şirkətlər cəmiyyət və planet qarşısında məsuliyyətlərini qoruyurlar. “Nar” üçün Qlobal Sazişin dayanıqlı inkişaf prinsiplərinin ən önəmli maddələrindən olan insan hüquqları, əmək və ətraf mühit sahəsində öhdəliyi xüsusi əhəmiyyət kəsb edir. BMT Qlobal Sazişində Azərbaycanı təmsil edən ilk telekommunikasiya şirkəti olaraq, “Nar” təhsilin inkişafına dəstək, işçilər üçün rahat əmək şəraitinin yaradılması, gender bərabərliyi istiqamətində layihələrə dəstək verilməsinə fokuslanır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

BMT Qlobal Sazişi 2000-ci ildən fəaliyyətə başlayan, 160-dan çox ölkədə yerləşən 13000-dən çox şirkət, 3800 qeyri-biznes tərəfdaşı və 69 yerli şəbəkə ilə dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsüdür.

Xəbər 1391 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +