“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı
Putin Avropaya hakim olmaq istəyir - Budris
Nigar Fərhada görə “Kanal S”in yayımı dayandırıldı
Müəllimlərə “hinduşkabaş” demişdi, işdən çıxarıldı
Şeyx bayram namazından İrana görə imtina edib?
“Şərurlu İsfəndiyar”a görə şərurlular niyə vurulur?
Hərbi xidmətə növbəti çağırış başladı


28.10.2017  12:26 

Azərbaycan və rus tarixçilər arasında qarşıdurma - VİDEO





A+  A-

Türkiyədə Qars Qafqaz Universitetində təşkil olunan tarix simpoziumunda azərbaycanlı tarixçi rus həmkarlarına qarşı sərt çıxış edib.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan, Rusiya və Türkiyə tarixçilərinin çıxışından sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov rus nümayəndələrə səslənib.

O, Sovet iqtidarının, son 300 ildə Rusiyanın yeritdiyi siyasəti pisləyərək bütün xalqlar üçün faciəyə səbəb olduğunu deyib: “Ən çox zərər görən Azərbaycan xalqıdır. Mənim torpağım ikiyə bölündü. Mənim torpağıma, millətimə düşmən kəsiləni Rusiya köçürdü. Erməniləri siz köçürtmüsünüz. Burada onların əlinə silahı siz vermisiniz. Bu, sizin sənədlərinizdə də var. II Dünya Müharibəsində ermənilər almanların tərəfinə keçdilər. İrəvanda heykəl quranda Rusiya susdu, Putin susdu. Soruşuram, niyə susursunuz? Sizdə ermənilərə qarşı bu məhəbbət hardandır?
Qarabağa gəlincə, Azərbaycan xalqına qarşı təcavüz edildiyi halda Putin susur. Soruşuram, xeyir ola?”.

Daha sonra çıxışını rus dilində davam edən Bəhramova rus tarixçi Yuri Zakunov cavab verib. O, Sovet inqilabından hər kəsin zərər gördüyünü, Rusiyanın özünün də çox böyük bir sınağın qurbanı olduğunu söyləyib.


Xəbər 1719 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"

01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub


BÜTÜN XƏBƏRLƏR +