Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


30.05.2017  17:56 

Məşhur kulinardan otellərə İTTİHAM: “Azərbaycana düşmənlik edirlər”





A+  A-

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov ölkədə fəaliyyət göstərən otellərin menyusu ilə bağlı narazılığını bildirib.
XəzərNews.az xəbər verir ki, baş kulinar bu gün iştirakçısı olduğu tədbirdə qarşılaşdığı məqamla bağlı sosial şəbəkədə məlumat verib.

“Bu gün “Holiday İnn” otelindəydik . Ölkəmiz üçün çox vacib və lazımlı bir beynəlxalq tədbirdə iştirak edirdim. Tədbirdə mili yeməklərimizin qorunmasından, patentləşməsindən, brendləşməsindən danışıb nahar üçün 18-ci mərtəbəyə qalxdıq.
Naharda bir adda belə Azərbaycan xörəyi qoyulmamışdı. (Heç Avropanın da yanından keçməmişdilər). Qonaqlar kinayə ilə "Bəs Azərbaycan xörəkləri?" -deyə üzümüzə baxdılar. Verilən yeməklərin keyfiyyətinin sıfırdan aşağı olması bir yana, biz milli mətbəximizi - dolmanı , lavaşı necə mühafizə edəcəyik? Yalnız bu oteldə deyil, aparıcı otellərin əksəriyyətində beynəlxalq tədbirlərdə qonaqlara Azərbaycan milli mətbəxindən yeməklər verilmir”.

T.Əmiraslanov deyib ki, əsas gətirilən heç bir arqumenti qəbul etmir:
“Bütün arqumentləri, daha doğrusu bəhanələri bilirəm, amma heç birini qəbul etmirəm.

Dolmanı, lavaşı, bozbaşı "təbliğ" edəndə erməni aparar da! Yeməyənin malını yeyərlər. Bu otelləri işlədənlər, orada işləyənlər Azərbaycana düşmənlik edirlər. Ordudakı bəzi satqınlar kimi, niyə çörəyimizi yeyib bizi bəyənmirlər? Nə vaxta qədər?

Axı ölkə Dünya Turizm Təşkilatının tədqiqatlarına görə turistlərin yadında 82 faiz yalnız milli mətbəxinə görə qalır. İndi bu gələnlərin yadında nə qaldı.? Ölkəmiz millı mətbəxin qorunması, təbliğı üçün əlindən gələni edir.Otellər və telekanallar isə edilənləri var gücləri ilə sıfırlayırlar. Niyə?!”

Xəbər 1477 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +