Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


01.04.2024  14:42 

Acun Ilıcalı iş həyatından danışıb





A+  A-

“TV8"in rəhbəri Acun Ilıcalı iş həyatında qazandığı uğurlara necə nail olmasından danışıb.

Xəzərnews.az xəbər verir ki, iş adamı karyerası boyunca risklər aldığını və bu yolla uğur əldə etdiyini deyib:

"Özümdən boşanmaq səbəbim işgüzar olmağım olar. Münasibətlərdəki anlaşmazlıqlar problemlərdən yaranmır. Beynin suallar yaratması səbəbindən də olur. Ayrılmağı bir səbəblə əlaqələndirməməliyik. Həyatda bu dərsi çox aldım: səbəblər və bəhanələr. Münasibətlərin bitməsində çox vaxt səbəb kimi göstərilən şey tərəflərdən birinin ağlının başqa yerə fokuslanmasından yaranır. Özüm romantik deyiləm, arada oluram.

Uğursuz olmaqdan qorxsaydım risklər etməzdim. Dayanmadan risk alıram. Qorxu hiss etmirəm, o həyacanı yaşamaq istəyirəm. Adam iki bina arasında ip bağlayıb gedir. Mən də bunu işimdə edirəm. O anı yaşamaq istəyirəm. Adrenalin yaşamağa çox meyilliyəm. Risk aldığım üçün böyüyə bildim".

Acun ilk aldığı maaşdan söz açaraq bunları deyib:

"Yolla gedərkən "Show TV"yə daxil olmuşdum. Kanalda təcrübəçi maaşı alırdım. Maliyə səbəblərindən "işdən çıxardın" dedilər və 3 ay sonra oradan qovuldum. Sonra yenidən başladım. Uğur hekayələrinin başında həmişə batmaq var. Televiziyada hər işimiz uğurlu oldu. Yeni bir hekayəyə sıfırdan başlamağım lazım idi. Futbol klubunu məhz yeni, uğurlu hekayə yaza bilmək üçün aldım. Uğur hekayələri çoxdur, amma bildiyim qədəri ilə müxbirlikdən başlayıb kanal sahibi olan yoxdur".//Axşam.az

Xəbər 5444 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +