Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


22.01.2022  10:21 

Rövnəq Abdullayev və orada işləyən yüzlərlə vəzifəli şəxslər əmək haqqı ilə dolanır? - Deputat





A+  A-

"Eldar Həsənova 10 il iş verilir və əmlakı müsadirə edilir. Heç kimə belə tale arzulamıram. İttiham rüşvətxorluq, mənimsəmə və sui-istifadə və digər məsələlərdir. Açığı düşünürəm ki, doğru qərar deyil".

XəzərNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev öz "Focebook" hesabında yazıb.

R.Nurullayev bildirib ki, bəlkə də mənim bilmədiyim məqamlar var:

"Bu işlə bağlı məlumatlı olduğumu da deyə bilmərəm. Adamı heç 1 km-dən belə görməmişəm. Əgər varsa deyilsin. Amma, milyonlarla, milyardlarla oğurlayanlar var, hələ də xeylisi vəzifədədir.

Elə götürək, Neft şirkətini. Məgər Rövnəq Abdullayev və orada işləyən yüzlərlə vəzifəli şəxslər əmək haqqı ilə dolanır? Seabreeze-də, Bakının digər elitar məkanlarında, xaricdə ən lüks yerlərdə tikilən və alınan on milyonlarla qiyməti olan mülklər, restoranlar, zavod və fabriklər qanuni qazancla alınıb? Niyə bəziləri özlərini elə aparırlar ki, sanki əmək haqqı ilə yaşayırlar?

Səmimi mübarizə aparmaq lazımdır ki, ölkəmizi düzəldə bilək. İkiüzlülük, qeyri-səmimilik, yaltaqlıq bizi uçuruma aparır. Danışmaq və həqiqətləri çılpaq demək lazımdır ki, özümüz də İkiüzlülük burulğanına yuvarlanmayaq.

Qərar verdim ki hər gün video çəkim və ürəyimdən keçənləri paylaşım. Qoy ürəyimizi boşaldaq ki, sonra ürək əməliyyatına girməyək. Bir gündə onlarla media nümayəndəsindən zəng gəlir, eyni suala eyni şablon cavabı verməkdən yorulmuşam.

Amma, heç zaman dövlətə və xalqa xidmətdən yorulmaram və yorulmayacam. Amma, kim olursa olsun, hansı cəbhədə olursa olsun, dəxli yoxdur, artistlik, şou və yalançılıq, ifşa etməmək belə günahdır.
Yolumuza davam!"

Xəbər 1373 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +