Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


09.02.2024  15:54 

Başçının başı dərddə: Torpaqları kim satıb?





A+  A-

Qaradağ Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb.

Xəzərnews.az xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, mübahisə məhkəməyə qədər uzanıb. Məhkəmə çəkişməsində "Azneft" İstehsalat Birliyi iddiaçı qismində çıxış edir.

İş hazırda apellyasiya mərhələsindədir. Bildirilir ki, birinci instansiya məhkəməsi "Azneft"in iddiasını təmin etmədiyinə görə apellyasiya şikayəti verib. Şikayətə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.

Araşdırmalarımız zamanı məlum olub ki, mübahisənin kökündə SOCAR-ın balansında olan torpaq sahələrində yaşayış və qeyri-yaşayış tikililərinin olması ilə bağlıdır. Bu tikintilər isə Qaradağ Rayon İcra Hakimiyyətinin razılığı ilə aparılıb.

Oxşar problem Binəqədi və Bakının digər rayonlarında da var. İcra hakimiyyətləri Neft Şirkətinin balansında olan torpaq sahələrini ayrı-ayrı vətəndaşlara verib. Bununla da, SOCAR vətəndaşlarla üz-üzə qoyulub.
Ətraflı

Neft şirkəti problemin həlli üçün məhkəmələrə üz tutub. Məhkəmələrdə belə işlər yüzlərlədir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən rayona rəhbərlik edir. Ümumiyyətlə isə Süleyman Mikayılovun icra başçısı kimi karyerası 2005-ci ildən başlayır. O, həmin ilin mayından dekabrına kimi Yardımlı rayonunun icra başçısı vəzifəsində çalışıb. 2005-ci ilin dekabrından 2010-cu ilin martına kimi isə Lənkərana rəhbərlik edib.

Süleyman Mikayılov barəsində ən çox şikayətlərin edildiyi icra başçıları kateqoriyasına daxildir. İslahatlar dalğasında onun da işdən çıxarılacağı gözlənilirdi.

Bəzi iddialara görə, Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrıdır.


Xəbər 4601 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +