Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


25.07.2023  00:04 

Yanğın tam məhdudlaşdırılıb





A+  A-

“Bakının Xətai rayonunda yanğın zamanı neft sektoruna böyük təhlükə yaranıb”.

Bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.

“FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə “Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın barədə məlumat saat 21:31-də daxil olub. Saat 21:36-da ilkin yanğın bölmələri hadisə yerinə çatıb.

Yanğın Neftayırma Zavodunun Yanğın hasarının yaxınlığında, təxminən 4 ədəd 5 min kubmetrlik neft çənlərinə yaxın ərazidə olub”, - R.Xudiyev qeyd edib.

“Küləyin sürəti yüksək olduğundan yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar olaraq yanğın yerən yüksək çağırış elan olunub. Hadisə yerinə Bakı qarnizonunun qüvvə və vasitələri, 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub.

Saat 23:03-də yanğın tam məhdudlaşdırılıb, nəzarətə götürülüb. Hazırda neft sektoruna heç bir təhlükə yoxdur. Hazırda soyutma işləri davam etdirilir. Yanğın qısa zamanda tam söndürüləcək.

Yanğın təxminən 2 hektar ərazini əhatə edib. Hadisə zamanı əsasən məişət tullantıları, ağac qırıntıları və qamışlıqdır.

Hadisə zamanı xəsarət alan olmayıb. Neft sektoru ilə yanaşı, buradakı yaşıllıq, əhalinin yaşadığı ərazi mühafizə olunub. Yanğının səbəbini deyə bilmərik.

Onu xüsusi təhqiqat qrupları müəyyən edəcək”, - FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini əlavə edib.

Xəbər 1048 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +