Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


04.11.2023  13:37 

İqtisadçı ekspert aqroparkların fəaliyyətini tənqid edib





A+  A-

İqtisadçı ekspert Natiq Cəfərli aqroparkların fəaliyyətini tənqid edib.

Xəzərnews.az xəbər verir ki, o, Bakupost.az -a müsahibəsində bildirib ki, Azərbaycanda aqroparklara yanaşma tam bir dövlət müəssisəsinə olan yanaşma ilə eynidir:

"Aqroparklarda özəl sektorun, xarici kapitalın iştirakı, ciddi yatırımlar olsaydı, bunun effektini görərdik. Bizdə kənd təsərrüfatı sahəsinə sosial layihələr kimi də baxırlar. Məsələn, pambıqçılığın inkişafını götürsək, Azərbaycan hökumətinin mövqeyi ondan ibarətdir ki, bu sahədə 200 minə yaxın insan çalışır, az da olsa, maaş alır və sosial gərginlik azalır. Bu, biznes yanaşması deyil. Aqroparklara da eyni yanaşma var. Onlara biznes yanaşması ilə, özəl sektor məntiqi ilə yanaşılsa, inhisarçılıq meyllərini aradan qaldırmaq mümkün olsaydı, o zaman bəlkə də fəaliyyətləri effekt verərdi".

N.Cəfərli deyib ki, aqroparklar dövlət müəssisəsi kimi işləyir:

"Azərbaycanda da maşallah, bütün dövlət müəssisələri ziyanla işləyir. Yəni eyni məntiqi ora daşıyırlar: dövlətdən subsidiya, yardımlar, yatırım, təşviqlər. Bütün bunlar ona gətirib çıxarır ki, yalnız aqroparkların idarəçiləri qazanır. Əhalinin qazandığını və ya ixracatda kəskin artımı görmürük. Niyə dövlət müəssisələri ziyanla işləyir? Çünki sadə dildə izah etsək, 5 manatlıq təmiri 50 manatlıq təmir kimi sənədləşdirirlər. Bunu eynilə aqroparklarda da tətbiq edirlər. Ona görə də orada gəlirlilik artmır. Və heç kim də onlardan soruşmur ki, sən bu xərci niyə artırırsan?"

Ətraflı videoda:



Xəbər 1457 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +