Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


06.06.2023  19:01 

Nazirliyin yeni binası tənqid olundu: “Kaş ölkədə kənd təsərrüfatı da bu bina kimi gözəl olaydı...”





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib.

XəzərNews.az xəbər verir ki, bəzi iqtisadçılar və sosial şəbəkə üzvləri KTN-nin yeni inzibati binasını tənqid edib. Onlar hesab edir ki, kənd təsərrüfatı bərbad olan bir ölkə üçün belə bahalı və təmtaraqlı inzibati binanın tikintisi yolverilməz idi.

İqtisadçı Samir Əliyev yazıb ki, Kənd Təsərrüfatı Nazirliyi üçün yeni inzibati binanın tikintisi xəbəri çıxanda Niderlandın analoji nazirliyinin inzibati binası ilə müqayisə etmişdim:


Niderlandın Kənd Təsərrüfatı Nazirliyinin inzibati binası

“Niderlandın ÜDM-si 1 trilyon dollardan çox, dövlət büdcəsi gəlirləri yarım trilyon dollara yaxındır. Yəni Azərbaycanın ÜDM-sindən 13 dəfə, dövlət büdcəsi gəlirlərindən 21 dəfə çoxdur. Hər il Azərbaycanın ÜDM-sindən 2 dəfə çox kənd təsərrüfatı məhsulu ixrac edir. İndi ildə 100 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edən ölkənin Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasına baxın, bir də ondan 112 dəfə az kənd təsərrüfatı məhsulu ixrac edən Azərbaycandakı inzibati binaya baxın. Dövlət büdcəsi vəsaitlərinin nə dərəcədə səmərəsiz xərclənməsini göstərən ən yaxşı indikatordur”.

Digər iqtisadçı Pərviz Heydərov isə nazirliyin yeni binasının fotosunu sosial şəbəkə hesabından paylaşaraq yazıb:

“Kənd Təsərrüfatı Nazirliyinin yeni binası... Ölkədə kənd təsərrüfatı da kaş, bu bina kimi gözəl gündə olaydı...”.


Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin inzibati binası

XəzərNews.az

Xəbər 1838 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +