Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


13.04.2021  09:32 

Türkiyə Liviyada yeni kütləvi qırğınların qarşısını alıb





A+  A-

Türkiyənin Liviyaya göstərdiyi dəstək Tripolinin süqutunun, yeni kütləvi qırğınların qarşısını aldı və bu ölkədə atəşkəsi təmin etdi.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhi ilə bərabər keçirdiyi mətbuat konfransında bildirib.

“(Liviyada) Hüquq, ədalət və legitimlik tərəfində olmaq əvəzinə çevriliş və qiyamçılara tərəf duranlar kütləvi qırğınların iştirakçısı oldular”, - türkiyəli lider vurğulayıb.

Dövlət başçısı Liviyanın suverenliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin qorunub saxlanılmasının, həmçinin Liviya xalqının firavanlığının Türkiyə üçün əsas hədəf olduğunu qeyd edib.

“Bundan sonra Liviyanın Milli Birlik Hökumətinin hakimiyyəti və suverenliyini bütün ölkəyə yaymaq bizim üçün prioritetdir”, - Prezident Ərdoğan deyib.

Türkiyəli lider bəyan edib ki, Ankara əvvəlki legitim hökumətlərə olduğu kimi, Liviyanın Milli Birlik Hökumətinə də hərtərəfli dəstək verəcək.

Prezident Ərdoğan, həmçinin qeyd edib ki, Ankara və Tripoli Türkiyənin özəl sektorunun Liviyaya qaytarılmasının sürətləndirilməsi ilə bağlı addımları razılaşdırıblar.

“Liviyada sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün birgə səylərimizi davam etdirəcəyik”, - o əlavə edib.

Türkiyə lideri bildirib ki, Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyasının məhdudlaşdırılmasına dair Memorandum iki ölkənin milli maraqlarını və gələcəyini təmin edib.

Prezident Ərdoğan beynəlxalq ictimaiyyəti razılaşdırılmış tarixdə seçkinin keçirilməsində Liviyanı səmimi şəkildə dəstəkləməyə çağırıb.

“Ümid edirəm ki, Liviyada liviyalıların maraqlarına zidd olaraq, qeyri-legitim oyunçulara dəstək yolu ilə mənfəət əldə olunan dövr artıq başa çatıb”, - türkiyəli lider bəyan edib.

Qeyd edək ki, görüş çərçivəsində Rəcəb Tayyib Ərdoğanın və Əbdülhəmid Dbeybənin iştirakı ilə 5 Türkiyə-Liviya sazişi imzalanıb.

Xəbər 1650 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +