Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


06.02.2019  12:57 

“Hələ də şərlənirəm...” - Elnarə cavab verdi





A+  A-

Müğənni Elnarə Xəlilova həmkarı Natavan Həbibi ilə küsülü olması barədə yayılan şayiələrə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, Elnarə MTV-yə açıqlamasında aparıcısı olduğu radio verilişində Natavana söz atmadığını vurğulayıb:

“İstəyirəm ki, insanlarda vicdan və şərəf olsun. Hər şeyi öz xeyirlərinə yozmasınlar. Xəbər çıxdı, gecəylə o məsələni həll etdim, anlaşılmazlıq olub. Çox yersiz söhbətlərdir. Bu yaşa çatmışam, hələ də şərlənirəm. Özüm Natavanla hər gün danışıram, hal-əhval tuturam. Onun indiki vəziyyəti məni narahat edir.

Deyirdim ki, ay Allah, hormonları oyaqdır, kim bilir xəbəri görüb necə qarşılayacaq. Məni ən gözəl o tanıyır. O bilir ki, ağzımdan çıxardığım sözlərə cavabdehəm. Ümumiyyətlə, aparıcısı olduğum radio verilişində onun haqqında söhbət açmamışıq”.

Xatırladaq ki, müğənni “Konfet” proqramında modelyer Elnarə Bəkirovaya “Bəziləri toyunda üç gəlinlik geyinir. Buna necə baxırsınız?” sualını verib. iddia olunub ki, o, toyunda 3 gəlinlik geyinən Natavana söz atıb.

Xəbər 1483 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +