Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


27.08.2018  09:57 

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvəyə minib





A+  A-

ABŞ-ın Skripal olayı ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.
XəzərNews.az xəbər verir ki, yeni məhdudiyyətlər Birləşmiş Ştatlar tərəfindən Rusiyaya təcili humanitar, qida məhsulları və digər kənd təsərrüfatı məhsulları istisna olmaqla, istənilən yardımı dayandırmağı təklif edir.

Dövlət Departamenti Rusiyanın dövlət şirkətlərinə silah və ikili təyinatlı malların ixracını dayandırır. Bura kosmosda əməkdaşlıq üçün mallar və mülki aviasiya uçuşlarının təhlükəsizliyinin təminatı məsələsi daxil deyil.

Eyni zamanda, istənilən Amerika müəssisəsi tərəfindən Rusiyaya kredit, kredit təminatı və digər maliyyə yardımı qadağan edilir.

Qeyd edək ki, yeni sanksiya paketinin tətbiqi ABŞ-ın Rusiyanı Solsberidə kimyəvi silah işlətməkdə ittiham etməsi ilə bağlıdır.

İkinci daha sərt sanksiyanın noyabrda tətbiq ediləcəyi gözlənilir.

Xəbər 1401 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +