Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


19.04.2018  12:07 

Jurnalisti döyənin şəxs “Azərtürkbank”ın Bakı filialının müdiri imiş





A+  A-

Xəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.
Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.
XəzərNews.az xəbər verir ki, unikal.org-un apardığı araşdırmaya görə, jurnalist Famil Fərhadoğluna sillə vuran və yumruq ataraq ona hücum edən Riad Ceyhun oğlu Paşayev “Azərtürkbank”ın Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşən Bakı filialının müdiri vəzifəsində çalışır.
Qeyd edək ki, jurnalisti döyən Riad Paşayevin anası Validə Paşayeva bizimyol.info saytına verdiyi müsahibəsində oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən jurnalisti döymələrini təsdiq etmişdi. Bir daha xatırladaq ki, V.Paşayeva da Səhiyyə Nazirliyinin əməkdaşıdır.
Unikal.org-a daxil olan digər məlumata görə jurnalist Famil Fərhadoğluna hücum edib telefonunu əlindən alan Namiq Əliyev Səhiyyə Naziri Oqtay Şirəliyevin ən yaxın adamlarından biri hesab olunur. Qısa müddətdə Namiq Əliyevin vəzifəsi və onun haqqında digər məlumatları oxucuların diqqətinə çatdıracağıq.

Xəbər 1752 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +