Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


17.03.2018  13:54 

Balaxanıda narkoşəbəkə ifşa edildi





A+  A-

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Balaxanı qəsəbə sakini, Elxan Səfərzadə narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 1 büküm şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı E.Səfərzadəyə narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini Yuriy adlı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini, Yuriy Babayev də saxlanılaraq istintaqa təqdim olunub.

Bölmə əməkdaşları narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirən zaman müəyyən ediblər ki, Y.Babayevə heroin Balaxanı qəsəbə sakini Əzim Əzimov tərəfindən satılıb. Həmin şəxs də polislər tərəfindən saxlanılaraq bölməyə gətirilib. Ə.Əzimovun üzərində şəxsi axtarış aparılan zaman cibindən hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1683 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +