Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


26.01.2018  17:25 

İtkin alpinistlərin axtarışı davam etdirilir





A+  A-

Xəbər verdiyimiz kimi Quba rayonu ərazisində itkin düşmüş "Gilavar” hava və ekstrim idman klubunun alpinistləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışlarına Türkiyədən dəvət edilmiş mütəxəssislər də cəlb olunub.
XəzərNews.az-ın məlumatına görə, “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az-a bildirib ki, hələ ki axtarışlar nəticəsiz qalır:

“Hələ ki heç bir yeni məlumat yoxdur. Axtarışların hazırda hansı istiqamətdə davam etdiyi ilə bağlı yaxın günlərdə informasiya veriləcək.

Biz hələ bilmirik, alpinistlərin başına nə gəlib, ya da hazırda hardadırlar. Allahın işidir. Yalnız ümid edirik ki, onlar sağ-salamat geri qayıdacaqlar”.

Qeyd edək ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır.
Sonradan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulub.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Xəbər 1598 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +