Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


26.01.2018  16:51 

“WhatsApp”la dezinformasiya yayanlara cinayət işi açılacaq





A+  A-

Son vaxtlar müxtəlif sosial şəbəkələr vasitəsilə azyaşlıların və onların valideynlərinin narahatlığına səbəb olan məlumatlar paylaşılır. Analoji hal yanvarın 25-də də qeydə alınıb. Belə ki, "WhatsApp" messenceri vasitəsilə insanlara məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanıldığı barədə məlumat göndərilib. Həmin məlumatda deyilir ki, Bakının 23 saylı orta məktəbində şagirdlərə belə "konfet"lər paylanılıb. Ağızda şişərək partlayan bu vasitələrin digər məktəblərdə də şagirdlərə paylanılması təhlükəsinin qaldığı bildirilir. Eyni zamanda, həmin “konfet”lərin tərkibində narkotik vasitə olduğu iddia edilir.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov orta məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib ki, belə məlumatların heç bir əsası yoxdur, “bu, cəfəngiyyatdır".

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da Modern.az-a açıqlamasında narahatlığını dilə gətirib. Deputat müvafiq dövlət qurumlarının məsələni nəzarətə götürdüyünü açıqlayıb:

“Hesab edirəm ki, belə yalan və insanların narahatlığına səbəb olan dezinformasiyaların yayılması ciddi qanun pozuntusudur. Qanunvericiliyə uyğun olaraq, həmin xəbəri paylaşan insanlar məsuliyyətə cəlb ediləcək. Həmin məsuliyyətə uyğun barələrində cinayət işi açılacaq və cəzalandırılacaqlar”.

Komitə sədrinin sözlərinə görə, əvvəllər də Azərbaycana, azərbaycanlılara qarşı ciddi təxribatlar olub. Budəfəki hərəkətlər də həmin təxribatların tərkib hissəsidır:

“Bu cür dezinformasiyaların yayılması gənclərimizin psixologiyasını mənfi təsir altında qoyur və onların başqa səmtə yönləndirilməsinə səbəb olur. Eyni zamanda, gənclərin diqqətini yayındırır və asudə vaxtlarının səmərəli istifadəsinə mane olur.

Hazırda məsələ xüsusi dövlət qurumlarının diqqətindədir. Qeydə alınan faktlarla bağlı cinayət işi açılacaq”.

Deputat azyaşlılara və onalrın valideynlərinə də müarciət edib:

“Mən məktəblilərə, tələbələrə, valideynlərə bu cür informasiyalara soyuqqanlı yanaşmağı tövsiyə edirəm. Mətbuat nümayəndələrindən xahiş edirəmki, bu cür faktların dərhal ictimailəşdirilməsinə yardımçı olsunlar”.

Xəbər 2222 dəfə oxunub.



16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +