Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


01.06.2017  11:45 

Ziyafət Əsgərov: “Onun məktubları çox xoşuma gəldi”





A+  A-

“Bizim ABŞ ilə münasibətlərimiz hər zaman yaxşı olub. ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi. Eyni zamanda 28 May münasibəti ilə Azərbaycan prezidenti və xalqını təbrik etdi”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Trampın ötən gün 24-cü Neft və Qaz sərgisi münasibəti ilə göndərdiyi məktubdan sonra görünür ki, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır.

“Biz əlbəttə çox istərdik ki, bu belə olsun və davam etsin. Şəxsən onun məktubları və bəyanatı mənim çox xoşuma gəldi. Hər halda hamı, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidir və kimsə kiməsə ağıl öyrətməsi, insan hüquqları, fikir azadlığı adı altında kiminsə daxili işinə qarışması düzgün siyasət deyil. Və artıq nəticə vermir. Bunu cənab Tramp özü də görür.

Dövlətlərlə sadəcə əməkdaşlıq və dostluq etmək lazımdır. Azərbaycan da o dövlətdir ki, onunla dostluq etmək olar. O Avropa enerji təhlükəsilziyində mühüm rol oynayır.

ABŞ-la münasibətlərimiz də həmişə yaxşı olub. Biz həmişə istəmişik ki, səmimi olaq. Amma bizə qarşı da səmimiyyət olsun. Arzu edək ki bu səmimiyyət olacaq”.

Xəbər 1691 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +