Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


24.04.2018  15:02 

“150 manat təqaüd alanların kreditləri bağlansın”





A+  A-

“Bir müəssisəni sağlamlaşdırırıq, amma nəticədə minlərlə sahibkarı bankrot vəziyyətdə qoyuruq”.
XəzərNews.az xəbər verir ki, bunu “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsində deputat Əlİ Məsimli deyib. O qeyd edib ki, hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir: “ Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. Dəmir bankın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa onu başqa banka keçirsinlər. Bu yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər.

İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015- ci il də səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik?. Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı. Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, 3 min dollar qədər borcu olan şəhid ailələrin, 150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın”.

Xəbər 2510 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +