Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU


01.11.2018  14:26 

İŞİD-in növbəti qurbanı bu ölkə olacaq - XƏBƏRDARLIQ





A+  A-

ABŞ-ın nüfuzlu “National İnterest” jurnalı İŞİD-in növbəti qurbanının İordaniya olacağını təxmin edir.
XəzərNews.az nəşrə istinadən xəbər verir ki, Yaxın Şərqdə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olan İordaniyada terror aktivliyi artır, iqtisadi sabitlik isə 2015-ci ildən bəri pisləşir.

“Bu təhlükənin tendensiyanın sonuncu nümunəsi avqust ayında Əl-Salt şəhərində terrorçuların xüsusi xidmət orqanlarının 4 əməkdaşını qətlə yetirməsi və 16 dinc sakini yaralamasını saymaq olar”-deyə məqalədə deyilir.

Daha bir məsələ 3 min iordaniyalının Suriya və İraqda İŞİD sıralarında vuruşaraq, döyüş təcrübəsi qazanması ilə bağlıdır. İdeoloji və döyüş təcrübəsi qazanmış bu şəxslərin ölkəyə qayıtması sabitlik üçün ciddi təhlükə olacaq.

İordaniya əhalisinin 9,5 milyon nəfər olduğu halda ölkədə 657 min suriyalı qaçqının olması da məsələyə ciddi problemlər yaradır. Aclıq və kasıblıqla üzləşən suriyalılar asanlıqla İŞİD təbliğatına uya bilər.

İŞİD-in bu ölkədə tərəfdar toplaması üçün münbit şərait qurmasına işarə edən daha bir faktor isə ölkə hakimiyyətinin repressiyalara üstünlük verməsi ilə bağlıdır. Bu, cəmiyyətdə müqavimət əhval-ruhiyyəsinin artmasına xidmət edir.

“National İnterest” yaxın illərdə İŞİD-in İordaniyada ciddi baza quracağını və yenidən Yaxın Şərqdə sabitliyə təhdid törədəcəyini hesab edir.

Xəbər 1531 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +