19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


14.02.2025  11:46 

Kanalizasiya suları Ceyranbatan su anbarına AXIR? - Video





A+  A-

Sosial şəbəkələrdə Güzdək ərazisində kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığının iddia edildiyi görüntülər yayılıb.

XəzərNews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, görüntüləri çəkən şəxs gur axan suyun kanalizasiya suyu olduğu bildirilib.

O əlavə edib ki, həmin sular təxminən 200 metr aralıda olan Ceyranbatan içməli su anbarına axır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin suların Ceyranbatan gölünə tökülməsi iddiası yanlışdır:

“Güzdəkdə tullantı su şəbəkəsi olmayan ərazidə məskunlaşmış sakinlərin istifadə etdiyi sular və qrunt suları ətrafa axır. Tullantı sulları açıq kanalla hərəkət edir və süni göl yaranır. Hazırda əhalinin həmin ərazidə sıx məskunlaşması tullantı sularının həcmini artırıb və göl daşıb”.

“Həmin suların Ceyranbatan gölünə tökülməsi iddiası kökündən yanlışdır və absurddur. Hazırda kanal bağlanıb, axıntının qarşısı alınır”, - rəsmi məlumatda vurğulanıb.

Sözügedən görüntüləri təqdim edirik:



Xəbər 1471 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +