19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


04.01.2025  11:17 

Suraxanı kanalizasiya problemi ilə üz-üzədir -VİDEO





A+  A-

Suraxanı rayonu, Zığ qəsəbəsinin Xanlar küçəsi kanalizasiya problemi ilə üz-üzədir

Xəzərnews.az Xəzər TV-yə istinadla xəbər verir ki, ərazidə illərdir tullantı suları küçəyə axır, yollar keçilməz vəziyyətə düşüb. Sakinlər problemin həll olunmamasından narazıdırlar.

Sakinlərin sözlərinə görə, ərazi sürüşmə zonasındadır və boruların partlaması vəziyyəti daha da ağırlaşdırıb. Tullantı suları yolları dağıdıb, evlərin vəziyyəti isə qəzalıdır.

“Bir il yarımdır ki, kanalizasiya suları küçəyə axır. Yollar dağılıb, maşınla və ya piyada hərəkət etmək mümkün deyil” , – deyə sakinlər bildirirlər.

Sakinlər həm yazılı, həm də şifahi şəkildə müvafiq qurumlara müraciət etdiklərini qeyd edirlər. Lakin aldığımız cavablar qaneedici olmayıb.

“20 ildir burada yaşayırıq, əvvəllər yolumuz vardı, vəziyyət belə deyildi. Ancaq son bir il ərzində kanalizasiya suları yolları dağıdıb” , – deyə bir sakin vurğulayıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan bildirilib ki, sürüşmə zonası olduğuna görə borular tez-tez yerindən çıxır və qəza baş verir. Problemin həlli üçün yaxın zamanda xəttin yenidən təmir olunacağı vəd edilib.

Sakinlər xüsusilə uşaqların məktəbə getməkdə çətinlik çəkdiyini bildirirlər. Yağışlı havalarda yollar keçilməz olur və əraziyə heç kim yaxınlaşa bilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbər 3481 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +