Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.03.2023  10:01 

Hacı Şahini hədəfə alanları Siyavuş Heydərov qidalandırır?





A+  A-

“Hacı Şahinə qarşı qarayaxma kampaniyasının arxasında dayanan şəxs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərovdur”.

XəzərNews.az xəbər verir ki, bu iddia ilə jurnalist Samir Feyruzov çıxış edib.

O, bildirib ki, Hacı Şahinin sağlığında ona qarşı bir icma yaranmışdı və həmin icmanın yaradılmasının təşəbbüskarı da məhz Heydərov idi:

“Siyavuş Heydərov Hacının sağlığında ona qarşı müxtəlif təxribatlar törədir, dövlətə bağlı dindarların fəaliyyətinə mane olurdu. Bu adam məzhəbçiliyi qızışdırır, hazırda Hacı Şahini hədəfə alan bəzi jurnalistlər və siyasətçilər Siyavuş Heydərovdan qidalanırlar. Sifarişi verənlərdən biri budur.

Məlumatlı adamlar bilirlər ki, Hacı Şahin dövlətə bağlı din xadimi olub, dövlət xadimlərinin ona qarşı rəğbəti təsadüfi deyildi. O, Azərbaycan dövlətinə və İslama xidmət edirdi. Azərbaycandakı dini ideologiyanı İrandan qoparmışdı. Uzun illər ölkəmizdə hökm sürən dini-ideoloji boşluğu məhz Hacı Şahinin sağlam ruhaniliyi doldurmuşdu.

Dəhşətlisi budur ki, S.Heydərov Dini Komitənin bütün əməkdaşlarını şəxsi maraqlarına səfərbər edib. İzləsəniz, görəcəksiniz ki, Komitənin dövlətdən maaş alan əməkdaşları məzhəbçi, Hacı Şahini hədəfə alan statuslar paylaşırlar.

İranda yaşayan Azərbaycan əsilli xainlər dövlətimiz əleyhinə müzakirələr açıblar və Hacı Şahini də alçaltmağa çalışırlar. İranla eyni mövqedən çıxış edən məmurların fəaliyyəti araşdırılmalıdır.

İndi Siyavuş Heydərov ciddi cəhdlə çalışır ki, “Məşədi Dadaş” məscidinə öz adamını təyin etdirsin. Əslində bu adamın məqsədi məscidi məhv etməkdir. Qısası, S.Heydərov Hacı Şahinin ölüsündən də qorxur.

Aidiyyatı dövlət qurumları, mötəbər şəxslər bu adamın fəaliyyətini araşdırmalıdırlar.

Diqqət edirsinizsə, ölkədə bütün qurumlarda bu və ya digər dəyişikliklər baş verib, islahatlar aparılıb. Amma Dini Komitə islahatlardan tamamilə kənarda qalıb”.

Xəbər 987 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +