Cərrah Sənan Mehdiyevin həbs müddəti uzadılıb
Bir çox yollarda tıxac müşahidə olunur - Siyahı
Xoşqədəm Hidayətqızının anası vəfat edib - Foto
Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib


19.02.2020  12:39 

Nazirliyin “Azəriqaz”a borcu açıqlandı





A+  A-

Təhsil Nazirliyi 15 təhsil müəssisəsinin qaz istehlakına görə yaranan borcunu ödəyə bilmədiyi üçün məhkəmə verilib.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi Şəki Kommersiya Məhkəməsinə müraciət edərək nazirliyin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə qarşı iddia qaldırıb.

İddia ərizəsində qeyd edilib ki, tərəflər arasında təbii qazın alqı-satqısına dair 20.02.2019-cu il tarixli müqavilə bağlanıb və Şəki rayonunda yerləşən 2 saylı tam orta məktəb, 9 saylı tam orta məktəb, 12 saylı tam orta məktəb, 17 saylı 500 yerlik tam orta məktəb, 19 saylı orta məktəb, 20 saylı orta məktəb, Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Litsey, 180 şagird yerlik orta məktəb, Göybulaq kənd tam orta məktəbi, Fazılkənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb, Fazılkənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb, Uşaq Gənclər İnkişaf Mərkəzi, Oğuz rayonunda yerləşən Yemişənli kənd orta məktəbi, Qəbələ rayonunda yerləşən Qəbələ rayon 2 saylı orta məktəb və Qəbələ rayon 3 saylı orta məktəb qazlaşdırılmaqla abonent kodları verilib.

Nazirlik istehlak edilmiş qazın dəyərini ödəmədiyindən onun 32 729,22 manat təbii qazdan istifadəyə görə borcu yaranıb və bu borc ödənilməyib.

“Azəriqaz” borcun ödənilməsi ilə bağlı Maliyyə Mərkəzinə müraciət etsə də, onlar borcun ödənilməsini təmin etməyiblər. Buna görə “Azəriqaz” məhkəməyə müraciət edərək qazdan istifadəyə görə yaranmış 32 729,22 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qurum məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməyib.

“Azəriqaz”ın nümayəndəsi isə bildirib ki, onlar məhkəməyə müraciət etdikdən sonra Maliyyə Mərkəzi qismən ödəniş edib və hazırda 28 739,01 manat borcları qalır və həmin pulun ödənilməsini tələb edirlər.

Məhkəmə Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən təbii qazdan istifadəyə görə yaranmış 28 739,01 manat borc, 26,67 manat dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 28 765,68 manat borc tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsinə qərar verib.

Xəbər 1426 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +