Bir çox yollarda tıxac müşahidə olunur - Siyahı
Xoşqədəm Hidayətqızının anası vəfat edib - Foto
Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA


31.10.2017  11:43 

Qaçan dustaq 3 yerdə kameraya düşdü





A+  A-

"Qoca”nın Rusiyada gizlənəcəyi ehtimalı var
Şirvandan Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq "Qoca” ləqəbli Etibar Məmmədovun axtarışları davam edir. O və digər məhkum 1989-cu il təvəllüdlü Əli Ağami Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmağa müvəffəq olsalar da, az sonra Şirvan şəhərində ələ keçmişdi. E.Məmmədovun isə axtarışları hələlik nəticə vermir.

Redaksiyamıza daxil olan məlumata görə, qaçış planı baş tutandan sonra E.Məmmədovun şimal istiqamətinə hərəkəti haqda məlumatlar əldə olunub. Onun bir neçə nəzarət kamerasına düşməsi haqda də xəbərlər var. Bildirilir ki, E.Məmmədov qaçışdan sonra Ə.Ağamidən ayrılıb və ona hara gedəcəyi haqda məlumat verməyib. Belə ehtimallar var ki, E.Məmmədov Rusiyaya keçə bilər. Onun Rusiya bazarlarında kriminal aləm üzvləri ilə əlaqələri olduğu da bildirilir.

Qeyd edək ki, Ə. Ağami və E. Məmmədov oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçıblar. Ə.Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), E. Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Vaqondan qaçmazdan bir neçə gün öncə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Mühafizə altından qaçdıqlarına görə Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdi.

E.Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir. "Qoca”, "Etibar Hacıqabullu”, "Brodyaqa Etibar” ayamaları ilə tanınır. O, uşaq yaşlarında cinayət törədib, yetinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan müəssisəyə - "maloletka”ya göndərilib. Orada "obşak” yaradıb və nəzarətçini öldürüb. Azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal "razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. "Qoca” Azərbaycanda həbsdə olan "Lotu Quli” ləqəbli kriminal aləm üzvü Nadir Səlifova yaxınlığı ilə seçilir. O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal "razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə "Krıtıy Elvin” adı ilə tanınıb. Hazırda bu işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. E.Məmmədovun N.Səlifovun yaxın ətrafına sığınacağı ehtimalı da nəzərdən keçirilir. Hazırda kriminal aləm üzvünün hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam etdirilir.

(musavat.com)

Xəbər 2249 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +