BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib


27.04.2022  19:42 

Avropa Şurası mütəxəssisləri Mətbuat Şurasında - Foto





A+  A-

Bu gün Avropa Şurasının layihələrin qiymətləndirilməsi üzrə mütəxəssisləri Anne-Laure de Coincy və Juliette Bertrand Azərbaycan Mətbuat Şurasında olublar.

XəzərNews.az xəbər verri ki, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onları rəhbərlik etdiyi qurumun Avropa Şurasının Bakı ofisi ilə təmsaları haqqında məlumatlandırıb. O bildirib ki, Şura Avropa Şurasının Bakı ofisinin dəstəyi ilə jurnalistlərin peşə hazırlığının yüksəldilməsi istiqamətində kifayət qədər faydalı layihələr reallaşdırılmaqdadır və mövcud istiqamətdəki qarşılıqlı əməkdaşlıq artıq ənənə halını alıb.

MŞ sədri həmçinin bildirib ki, Avropa Şurasının Bakı ofisi tərəfindən istər jurnalistlərin peşə davranışı qaydalarına, istər seçkilərin mediada işıqlandırılmasına, istər pandemiya reallıqlarının, istərsə də gender əsaslı zorakılıq və məişət zorakılıqlarının kütləvi informasiya vasitələrində təqdimatına dair təlimləri böyük maraqla qarşılanıb. Layihələr çərçivəsindəki digər tədbirlər konkret mövzulara diqqət göstərilməsi ilə yanaşı, ümumən jurnalistikanı narahat edən məsələlərin müzakirəsinə geniş yer verilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.



Avropa Şurasının layihələrin qiymətləndirilməsi üzrə mütəxəssisləri Anne-Laure de Coincy və Juliette Bertrand təmsil olunduqları qurumun qiymətləndirmə standartları barədə söz açıblar. Onlar həmçinin media fəaliyyətinə yönələn layihələrin Avropa Şurası üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məqamlara aydınlıq gətirilib, suallar cavablandırılıb.

Xəbər 1716 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +