Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.04.2021  10:07 

Yığmamız Avropa çempionatına bu heyətlə gedəcək





A+  A-

Bolqarıstanın paytaxtı Sofiya şəhəri növbəti Avropa çempionatına ev sahibliyi edəcək.
XəzərNews.az xəbər verir ki, 8-11 aprel tarixləri aralığında təşkil olunacaq qitə çempionatına Azərbaycan millisi də qatılacaq.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Bolqarıstana bu gün yollanacaq komandamız yarışda 11 idmançı ilə təmsil olunacaq.

G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun yetirmələrindən 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə, Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kq yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq.

Yarışda, hakimlərimizdən Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.



Xəbər 1726 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +