Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


30.12.2021  22:47 

Di gedin, yenə söyün Mirşahini!





A+  A-

Baxıram, Real TV-nin "Problem" adlı rubrikası var. Titrdə rubrikanın qaynar xəttinin telefon nömrəsi yazılıb. Ölkənin istənilən yerindən televiziyaya zəng edib problemi demək, video görüntü göndərmək mümkündü.


Mirşahini söyən kütlənin problemlərini yenə Mirşahinin telekanalı lazımi strukturların nəzərinə çatdırır. Ancaq ölkədə ən çox söyülən jurnalist də elə Mirşahindi.

Bir vaxtlar Mirşahin özünün təsis elədiyi "Hesabat" jurnalında xalqın sərvətini oğurlayan məmurların siyahısını çap eləmişdi. O siyahının başında akademik Cəlal Əliyevin adı gəlirdi. Cəlal Əliyev Milli Məclisdə jurnalın həmin sayını başının üstünə qaldıraraq vulqar sözlərlə Mirşahini təhqir etmişdi. Onda ANS də fəaliyətdə idi, bağlanmamışdı. Həmin vaxtlar ölkədə kimin problemi olurdu ANS-ə zəng edir, ANS-çilər hadisə yerinə azacıq gecikəndə "ANS-çilər harda ölüb-qaldılar?" deyirdilər. Çünki, Mirşahin xalqın mənafeyini təmənnasız müdafiə eləyirdi. Bütün bunlara baxmayaraq zəncirini sevən qaragüruh yenə də Cəlal Əliyevin tərəfindədi.

İndi isə Mirşahinin qaragüruhun gözündə nüfuzdan düşməsinin səbəbini açıqlayacam. Bunun ən birinci səbəbi yalançı müxalifətçilərin iç üzünü öz verilişlərində açıb göstərməsi, müxalif düşərgənin xalqdan gizlətdiyi eybəcər əməllərini ekrandan püskürməsidi!

Müxalifətçilərin isə ən böyük qüsuru hakimiyyəti tənqidlə yanaşı onun yaxşı, xeyirli, mütərəqqi işlərinə qəsdən göz yummasıdı. Yazının bu yerinə diqqət edin!

Yəni, əsil müxalifət obyektiv olduğunu göstərmək üçün hakimiyəti tənqid etməklə kifayətlənməməli, mütərəqqi işlərini də təqdir etməlidi. Ancaq bizim müxalifətçilər gözümüzün önündə həmişə bir tərəfli, baltalama mövqeyində olublar. Müxalifətin bu cür haqsız davranışına görə Mirşahin də onlara öz metodları ilə cavab vermək üsulunu seçib.

Müxalifət hakimiyətin yaxşısını demədiyi kimi, Mirşahin də onlar kimi davranaraq hakimiyətin pisini demir.

Məlumdu ki, hazırda özünü siyasi müxalifət adlandıran savadsız çayxana adamları ölkəni ağzına götürüb. Ona görə müxalifətin ünvanına bircə kəlmə tənqidi fikir səsləndirən kəsi həmin qaragüruh satqın, vətən xaini adlandırır. Məsələ burasındadı ki, hakimiyətin eyblərini deməklə müxalifət xalqın gözünü açdığı kimi, müxalifətin də eyblərini deməklə, məhz, Mirşahin xalqın gözünü açır. Baxın, nəticəsində yenə də xalq qazanır.

Di gedin, yenə söyün Mirşahini!

Murad Köhnəqala

Xəbər 1883 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +