Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


19.10.2019  11:37 

Axtarışda olan narkotik alverçiləri saxlanılıb





A+  A-

Oktyabrın 16-da Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İrandan Azərbaycan isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb.
XəzərNews.az Dövlət Sərhəd Xidmətinə istinadən ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İrana get­məsi, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycan hüquq-mühafizə orqanla­rı tərəfindən axtarışda olması müəyyən­ləş­diril­ib.

17 oktyabr 2019-cu il tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntə­qə­sində İrandan Azər­bay­cana gələn İran və­tən­daşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­üb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəy­yən­ləş­di­ril­məsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılıb.

18 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azər­­baycan Respub­likası isti­qa­mətində dövlət sərhədini pozmuş Bakı şəhər sa­ki­ni 1993-cü il təvəl­lüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araş­dır­ma zamanı sərhəd pozu­cu­sunun ba­rəsində cinayət işinin aparıl­ması və 2012-ci il­dən etibarən Azərbaycan Respub­lika­sının hüquq-mühafizə orqanla­rı tərəfindən ax­tarışda olması müəyyən­ləş­diril­ib.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1815 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +