FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


04.11.2023  21:55 

“Qərb Zəngəzuru hərbiləşdirilmiş zonaya çevirmək niyyətindədir”





A+  A-

Avrasiyanın orta xəttində Zəngəzur dəhlizi olduqca vacibdir. Hazırda Qərb, Rusiya, Türkiyə, İran, Böyük Britaniya, ABŞ və Çin bölgədəki prosesləri yaxından izləyir. Xəzər dənizi, Qafqaz və Qara dəniz regionunda Rusiya və İranın 200 illik mövqeyi zəifləyir. Bunun əvəzinə digər beynəlxalq aktorlar bu fürsətdən yararlanmaq istəyir.

Xəzərnews.az xəbər verir ki, bunu “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, Fransa və Almaniyanın ümumilikdə Qərbin bu hadisələr fonunda xüsusi missiya ilə Ermənistana gəlişi müşahidə edildi:

“Hazırda bu missiyanın say tərkibinin artırılması ilə bağlı məsələ gündəmdədir. Ermənistan Qərblə birlikdə Rusiyanı Zəngəzurdan çıxarmaq üçün əllərindən gələni edir”.

Politoloq hesab edir ki, üçtərəfli razılaşmada “10 noyabr 2020-ci il” göstərilməsinə baxmayaraq, Ermənistan Rusiya ilə Zəngəzur dəhlizinin açılmasına getmək niyyətində deyil:

“İrəvan bunu suverenliyinə təhdid kimi qəbul edir. Dəhlizə Ermənistanın nəzarət mexanizmlərinin yerləşdirilməsi önə çəkilir. Buradakı problem Ermənistanın Qərb və Rusiya arasında qalması ilə bağlıdır”.

Zaur Məmmədova görə, Qərb fürsətdən istifadə edərək Rusiyanın bölgədən çıxarılmasına çalışır:

“Gorusda, Qafanda ayrı-ayrı ölkələrin ardıcıl olaraq konsulluqlar açması da birmənalıdır. Fakt odur ki, bura həmin ölkələrinin vətəndaşlarının yaşamadığı ərazidir. Ermənilər belə burada çox az sayda məskunlaşıb. Belə olan halda bu ərazidə konsulluq açmaqla bağlı atılan addımlar açıq suallar yaradır. Fransanın da bu məsələdə canfəşanlığı Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı gələcəkdə bölgəyə hərbi kontingentin göndərilməsinə hesablanıb”.

Ekspertin fikrincə, Qərbin tez-tələsik Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalaması ilə bağlı çağırışları hiylədir:

“Qərb Azərbaycanla Ermənistana istənilən sülh mətnini qəbul etdirib, bunun ardınca Zəngəzuru hərbiləşdirilmiş zonaya çevirmək niyyətindədir. Kommunikasiya xəttlərinə nəzarətin ələ alınması da onların hədəfindədir. Amma bütün bunlara baxmayaraq Azərbaycan istəmədən Cənubi Qafqazda heç bir proses həllini tapmaycaq. Azərbaycanın əsəs hədəfi presesin regional müstəvidə həllini nail olmaqdır”./Teleqraf.com

Xəbər 1714 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +