Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.06.2020  11:15 

Tramp koronavirusa baxmayaraq, bu qərarı verdi





A+  A-

Ağ Ev koronavirus pandemiyasına baxmayaraq, 4 İyul Müstəqillik Günündə genişmiqyaslı tədbirlər planının keçirilməsini təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Politico”nəşri yazıb.

Nəşrin məlumatına görə, 1776-cı il Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümünü geniş şəkildə qeyd etmək fikri şəxsən Prezident Donald Trampa məxsusdur. O, iyulun 4-də Vaşinqtonda bayram atəşfəşanlığı keçiriləcəyini və kütlənin qarşısında çıxış edəcəyini söyləyib.

Plana görə, Ağ Evin qarşısında estafetlər, müsabiqələr və hərbi nümayişlər keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Demokrat Partiyasından olan qubernatorların bir hissəsi bayramın keçirilməsinə qarşı çıxmışdı.

Xatırladaq ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 2 milyondan çox COVID-19-a yoluxma faktı aşkar edilib. Ölkə yoluxma (2 297 190 nəfər) və ölüm (121 407 nəfər) sayına görə dünyada birinci yerdədir.

Xəbər 1738 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +